Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan edib

2024/12/1735016943.jpg
Oxunub: 311     23:05     23 Dekabr 2024    
Türkiyə Ukrayna münaqişəsinin həllinə, o cümlədən danışıqlar üçün öz ərazisini təmin etməklə, istənilən kömək və yardımı göstərməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun “Euronews” telekanalına müsahibəsində bildirib.

“İstanbul sülh platforması kimi irəli sürüldü və bu, beynəlxalq səviyyədə xoş qarşılandı. Ölkələrin yenidən İstanbulda görüşəcəyini güman etmək olar. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq humanitar yardım və sülh danışıqları da daxil olmaqla istənilən yardımı göstərməyə hazırdır”, - Altun deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna arasındakı böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün bütün tərəflər konstruktiv və məsuliyyətli şəkildə qarşılıqlı fəaliyyət göstərməlidir. “Türkiyə təkcə regional sülhün deyil, qlobal sabitliyin də qorunması üçün hər cür səy göstərəcək”, - Altun vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin