Ordu.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar parlamentin xarici işlər və müdafiə komissiyasının iclasında çıxışı zamanı bildirib.
"Növbəti il çətin il olacaq. 2025-ci il Donald Trampın rəhbərliyi altında böyük imkanlar ili olacaq", - o qeyd edib.
Nazir Trampın ABŞ-də hakimiyyətə qayıtması fonunda nikbin olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp 20 yanvar 2025-ci ildə ABŞ Prezidenti vəzifəsinə başlayacaq.
Ordu.az