Hindistan Rusiya istehsalı olan hərbi gəmini istismara verib

2024/12/1734692196.jpg
Oxunub: 542     17:10     20 Dekabr 2024    
Hindistan 3900 tonluq idarə olunan raket freqatını təməli qoyulandan 11 il sonra Rusiyadan təhvil alıb.

Ordu.az xəbər verir ki, Hindistanın müdafiə naziri Racnath Sinqh bunu Hindistan və Rusiya arasında çoxillik dostluqda mühüm mərhələ adlandırıb.

Nazir iki ölkənin qarşılıqlı etimad və xüsusi, strateji imtiyazlı tərəfdaşlıqla bir-birinə bağlı olduğunu deyib.

INS “Tushil” adı verilən “Project 1135.6” sinfinə məxsus hərbi gəminin mərasimi bu ayın əvvəlində Kalininqraddakı “Yantar” Gəmiqayırma Zavodunda baş tutub.

Döyüş gəmisi əvvəlcə Rusiya Hərbi Dəniz Qüvvələrinə qoşulmalı idi, lakin 2016-cı ilin oktyabrında Hindistan 2 freqat üçün müqavilə bağladıqdan sonra Dehliyə yönləndirilib. Qardaş gəmi INS “Tamala”nın 2025-ci ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya  


Bizi "telegram"da izləyin