“Fergani”nin ilk peyki gələn ay kosmosa buraxılacaq” - Selçuk Bayraktar

2024/12/1734692105.jpg
Oxunub: 419     15:28     20 Dekabr 2024    
Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Türkiyənin kosmos sahəsində gələcək vizyonunu və “Fergani” təşəbbüsü ilə həyata keçirilməsi planlaşdırılan layihələri ictimaiyyətlə bölüşüb.

Ordu.az xəbər verir ki, Bayraktar aşağı orbitli peyk bürclərindən tutmuş qlobal yerləşdirmə sistemlərinə və müstəqil buraxılış qurğularına qədər bir çox yenilikçi layihələri ətraflı şəkildə izah edib.

Bayraktar “Fergani” təşəbbüsünün tamamilə öz imkanları ilə qurulduğunu vurğulayıb.

“Biz öz resurslarımızla “Fergani” adlı təşəbbüsümüzü yaratdıq ki, bunun da 90%-dən çoxunu ixracdan əldə edirik. Ümid edirik ki, ilk peykimiz gələn ay kosmosa buraxılacaq”, - deyə o bildirib.

Bayraktar Türkiyənin kosmos araşdırmalarına yanaşmasını bu sözlərlə ifadə edib:

“Dünyanın getdiyi yerə deyil, hamıdan fərqli olmağa diqqət yetiririk. Bugünkü yarışlara yox, sabahkı yarışlara hazırlaşırıq. Müəyyən mənada gələcəyə baxışla yola çıxdıq. “Fergani” də belə irəliləyir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fergani   Bayraktar   Baykar  


Bizi "telegram"da izləyin