Ordu.az xəbər verir ki, tədbirdə tələbələrin suallarını cavablandıran Bayraktar diqqətli iş və strateji planlaşdırmanın “Baykar”ı dünya səviyyəsində lider etdiyini vurğulayıb.
Bir tələbə “Bundan sonra hansı layihələri həyata keçirmək istəyirsiniz?” sualını verib. Bayraktar kosmos sahəsində aparılan araşdırmalara diqqət çəkərək, bu cavabı verib:
“Kosmosla bağlı işlərimiz davam edir, amma ictimaiyyətə açıqlamadığımız başqa işlərimiz də var. 20 ildə 4 fərqli təyyarə hazırladıq. Biz hər şeyi etmədik, etsəydik, yəqin ki, heç biri bu qədər yaxşı və iddialı olmazdı. Diqqətlə irəlilədik”.
Bayraktar “Baykar”ın qlobal Pilotsuz Uçuş Aparatı (PUA) istehsalında lider olduğunu bu sözlərlə izah edib:
“Baykar dünyanın ən böyük PUA istehsalçısıdır və son 3 ildə ABŞ-dəki ən yaxın rəqibindən təxminən 3 dəfə böyükdür. Gəlirinin 90%-dən çoxunu ixracdan əldə edir. Dünyada müdafiə sənayesində bunun nümunəsi yoxdur. Texnologiya nəhənglərini də daxil etsəniz belə, oxşar uğur tapmaq çox çətindir”.
Sevinc Əliyeva
Ordu.az