Türkiyə MSK müdafiə sənayesi ekosistemini yeni tədarükçü maliyyə dəstəyi modelləri ilə gücləndirəcək

2024/12/1734691976.jpg
Oxunub: 388     15:58     20 Dekabr 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) yeni nailiyyətlər əldə etməyə davam edir.

Ordu.az xəbər verir ki, Türkiyə MSK sədri Haluk Görgün “Tədarük Ekosistemi Kredit Zəmanət Dəstəyi” və “Tədarükçü Maliyyələşdirmə Dəstəyi” ilə yaradılan kreditin cəminin 1 milyard dollardan çox olduğunu deyib.

“Bu kredit xüsusilə geri qaytarılmayan hissəsi ilə, veriləcək dəstək və sərfəli xərclərlə həm əsas inteqratorlarımız, həm də sektorumuzda fəaliyyət göstərən kiçik və orta bizneslər üçün əhəmiyyətli bir nəfəs olacaq”, - deyə Görgün qeyd edib.

Görgün müdafiə sənayesində dünyanın həsədlə izlədiyi və nümunə götürdüyü bir çox model, sistem və platformanın olduğunu bildirib.

Bu platformaların gündən-günə inkişaf etdiyini və böyüdüyünü vurğulayan Görgün deyib: “Biz beynəlxalq miqyasda dost və müttəfiq ölkələrlə etdiklərimizi bölüşürük. Bunların əksi ixrac rəqəmləri kimi görünür”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin