Ordu.az xəbər verir ki, bu barədə Nigeriya Ordusu Kosmik Komandanlığının komandanı briqada generalı U.Q. Oqeleka Abucada yeni təlim keçmiş PUA operatorları üçün təşkil edilən mərasimdə bildirib.
Onun sözlərinə görə, Nigeriya Oordusu şimal-qərbdəki əməliyyatları gücləndirmək üçün 43 ədəd “Bayraktar TB2” PUA-sı almağı planlaşdırır.
General qeyd edib ki, “Project Guardian” kod adlı təşəbbüs regionda üsyan və digər təhlükəsizlik çağırışlarına qarşı hərbi əməliyyatları gücləndirmək məqsədi daşıyır.
Oqeleka vurğulayıb ki, Nigeriya ordusunun nizami pilotlu təyyarə sistemi alaylarından 35 zabit və 11 əsgərdən ibarət qrup “Bayraktar TB2” zərbə PUA-larının idarə edilməsi və saxlanması ilə bağlı Türkiyədə xüsusi təlim keçib.
Təlim alan 46 mütəxəssisdən 7-si missiya operatoru, 23-ü mühəndis və texniki işçi, 14-ü isə çoxpilotlu hava platforması pilotudur.
Sevinc Əliyeva
Ordu.az