Tayvan ABŞ-dən 38 ədəd “Abrams” tankını təhvil alıb

2024/12/Ekran-1734689832.jpg
Oxunub: 403     15:51     20 Dekabr 2024    
Tayvan administrasiyasının ABŞ-dən satın aldığı 38 ədəd M1A2T model “Abrams” tankı təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, 38 tank qəbul edilib və Hsinçu əyalətindəki Zirehli Birliklər Təlim Komandanlığına göndərilib.

Vurğulanıb ki, tanklarla birlikdə 4 ədəd M88A2 modelli zirehli yedək vasitəsi də təhvil verilib.

Tayvan administrasiyasının uzun müddətdir almaq istədiyi tankların satışı 2019-cu ildə ozamankı ABŞ prezidenti Donald Trampın icazəsi ilə reallaşıb. Tayvan administrasiyası 108 tank üçün 1,25 milyard dollar ödəyib.

38 tankdan əlavə 2025-ci ildə 42, 2026-cı ildə isə 28 tankın təhvil verilməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin