Avropa Şurasının Baş katibi: Gürcüstan hökuməti "Xarici təsir" qanununun məzmununu dəyişdirəcəyini vəd edib

2024/12/1734688652.jpg
Oxunub: 386     13:50     20 Dekabr 2024    
Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.

“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin