Ordu.az xəbər verir ki, Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış dekabrın 12-də MQ-9B “SkyGuardian” tədarükünü rəsmi olaraq imzalayaraq, müqaviləni elan edib.
Bu tədarük Polşanın Ukrayna müharibəsindən çıxardığı dərslərlə yaradılmış “Drone Force” modeli çərçivəsində həyata keçirilir.
MQ-9B sistemlərinin 2027-ci ilin ilk rübünə qədər təhvil verilməsi planlaşdırılarkən, prosesin daha sürətli başa çatdırılması üçün səylərin göstəriləcəyi ifadə edilib.
“General Atomics” tərəfindən verilən açıqlamaya görə, Polşa 3 ədəd MQ-9B “SkyGuardian” PUA-sı, 2 ədəd Yerüstü İdarəetmə Stansiyası (CGCS) və 3 illik “SkyGuardian” Logistik Dəstək Həlləri xidmət paketi satın alıb.
Sevinc Əliyeva
Ordu.az