Rusiya Xersonu bombalayıb: ölən və yaralananlar var

2024/12/1734679571.jpg
Oxunub: 471     11:08     20 Dekabr 2024    
Rusiya səhər saatlarından etibarən Xerson vilayətinə zərbələr endirib.

Ordu.az-ın “unian“a istinadən xəbərinə görə, bu barədə Administrasiya rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9-u isə yaralanıb.

Administrasiya rəhbəri əlavə edib ki, hədəfdə yaşayış məntəqələri, eləcə də sosial və kritik infrastruktur obyektləri olub. Hazırda vilayətin bütün rayonlarında partlayış səsləri eşidilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xerson  


Bizi "telegram"da izləyin