Ordu.az xəbər verir ki, ROKETSAN Türkiyənin raket sistemləri sahəsində beynəlxalq bayraq daşıyıcısı olaraq Cənub-Şərqi Asiyada əməkdaşlığı həyata keçirmək üçün Vyetnam Beynəlxalq Müdafiə Sərgisinə qatılıb.
Dekabrın 19-22-də paytaxt Hanoyda Vyetnam Müdafiə Nazirliyinin ev sahibliyi ilə Vyetnam Beynəlxalq Müdafiə Sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.
Cənub-Şərqi Asiyada əməkdaşlıqlarını gücləndirməyi hədəfləyən ROKETSAN bu sahədə uğurlarını sübut edən və performans baxımından rəqiblərindən fərqlənən sistemləri ilə ziyarətçilərini bu sərgidə qonaq edir.
Sevinc Əliyeva
Ordu.az