ASELSAN Asiya-Sakit okean regionuna ixracatını davam etdirir

2024/12/1734678821.jpg
Oxunub: 548     20:12     20 Dekabr 2024    
ASELSAN Asiya-Sakit okean ölkələri ilə radar, dost-düşmən tanıma və rabitə sistemlərinin tədarükü üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ASELSAN rəsmi “X” hesabında verdiyi açıqlamada Asiya-Sakit okean ölkələri ilə yeni müqavilələr imzalandığını açıqlayıb.

Bu çərçivədə şirkət Asiya-Sakit okean ölkələri ilə ümumi dəyəri 11,4 milyon dollar olan radar, dost-düşmən tanıma və rabitə sistemlərinin ixracı üçün tədarük müqavilələri imzalayıb.

“ASELSAN Asiya-Sakit okean bölgəsindəki müştəriləri ilə radar, dost-düşmən tanıma və rabitə sistemlərinin ixracı üçün ümumi dəyəri 11,4 milyon ABŞ dolları olan satış müqavilələri imzalayıb”, - deyə şirkətin açıqlamasında bildirilib.

Qeyd edək ki, daha öncə ASELSAN xarici müştərilərinin son istifadəsi üçün nəzərdə tutulmuş qabaqcıl müdafiə sistemlərinin ixracı üçün mühüm müqavilələr imzaladığını açıqlamışdı.

Şirkətin verdiyi açıqlamaya görə, bu müqavilələr dost-düşmən tanıma, elektro-optik sistemlər, uzaqdan idarə olunan stabilləşdirilmiş silah sistemləri və rabitə sistemləri kimi kritik əhəmiyyətli faydalı yükləri əhatə edir. İmzalanan müqavilələrin ümumi dəyərinin 30,7 milyon dollar olduğu açıqlanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Asiya-Sakit-okean  


Bizi "telegram"da izləyin