Cənubi Koreya Norveçə K9 özüyeriyən haubitsaları tədarük edib

2024/12/1734678693.jpg
Oxunub: 373     12:10     20 Dekabr 2024    
Cənubi Koreyada yerləşən müdafiə sənayesi şirkəti “Hanwha Aerospace” Norveçə K9 VIDAR özüyeriyən haubitsalarının yeni partiyasını təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Hanwha Aerospace”in mətbuat xidmətinin verdiyi açıqlamada yeni partiyaya 4 ədəd K9 və 8 ədəd K10 daşıma və yenidən yükləmə vasitəsinin daxil olduğu bildirilib.

Müqavilə 2017-ci ildə imzalanmış 24 ədəd K9 və 6 ədəd K10 üçün ilk müqavilənin uğurla həyata keçirilməsindən sonra yeni müqavilə əsasında həyata keçirilib.

2001-ci ildən etibarən 9 ölkə Cənubi Koreyadan K9-lar sifariş edib və hazırda dünyada təxminən 1800 K9 sistemi fəaliyyət göstərir.

“Hanwha Aerospace”, həmçinin Rumıniyada K9 “Thunder” özüyeriyən artilleriya sistemlərinin istehsalı üçün obyekt inşa edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Norveç   K9  


Bizi "telegram"da izləyin