Çinə məxsus 12 təyyarə və 5 gəmi Tayvana yaxınlaşıb

2024/12/1734678108.jpg
Oxunub: 354     10:45     20 Dekabr 2024    
Tayvan Silahlı Qüvvələri son 24 saat ərzində adaya Çinə məxsus 12 təyyarə və 5 gəminin yaxınlaşdığını qeydə alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün səhər saat 6-ya qədər Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun 12 təyyarəsi və Hərbi Dəniz Donanmasının 5 gəmisi aşkar edilib. 5 təyyarə orta xətti keçərək cənub-qərbdə Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyəti izlədik və müvafiq qaydada cavab verdik", - nazirlik bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin