İsrail Qəzzanın cənub və şimalına zərbələr endirib, ölənlər var

2024/12/1734151932.jpg
Oxunub: 319     04:57     20 Dekabr 2024    
İsrail Ordusunun Qəzza zolağının cənub və şimal hissələrinə endirdiyi zərbələr nəticəsində azı 6 fələstinli ölüb, çox sayda yaralı var.

Ordu.az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələrinin Rəfah şəhərində avtomobili bombalaması nəticəsində 3 nəfər həlak olub.

Qəzzanın ətrafında bir evin bombalanması nəticəsində isə daha 3 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.

Agentlik bildirib ki, Qəzzanın şimal hissəsində israilli hərbçilər Cəbəliyə qaçqın düşərgəsində də bir neçə evi partladıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin