Slovakiya nüvə enerjisi sahəsində Rusiyaya qarşı mümkün sanksiyaları bloklayacaq

2023/11/6f89b-1700368712.jpg
Oxunub: 354     08:56     20 Dekabr 2024    
Slovakiya hakimiyyəti Avropa İttifaqının nüvə enerjisi sektorunda Rusiyaya qarşı mümkün sanksiyalarını əngəlləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, müvafiq bəyanatla Aİ sammitindən sonra Respublikanın Baş naziri Robert Fitso çıxış edib.

Hökümət başçısı Slovakiyadakı atom elektrik stansiyalarının Rusiya mənşəli olduğunu xatırladıb və mümkün sanksiyaların respublikadakı nüvə proqramını təhlükə altına sala biləcəyini qeyd edib.

“Əgər gələcəkdə Rusiya Federasiyasına qarşı hər hansı sanksiya qəbul edilərsə və onlar sülhməramlı nüvə proqramına aid olarsa, mən belə sanksiyaları bloklayacağam”, - Fitso vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin