Ağ Ev: Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib

2024/12/1733203359.jpg
Oxunub: 358     05:14     20 Dekabr 2024    
Çinin nüvə arsenalının həcmi artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişib.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.

"Çinin can atdığı nüvə arsenalının ölçüsü nə olursa-olsun, o, artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişdirən səviyyəyə çatıb və buna görə də dünyanın nüvə gücləri, o cümlədən ABŞ arasında daha dərin əlaqə, müzakirə tələb edir. Bu səbəbdən biz Çinlə birbaşa əlaqəyə can atırıq”, - Fayner Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda deyib.

Ağ Evin sözçüsü Çinin ABŞ rəhbərliyinin fikrincə nüvə təhlükəsizliyi sahəsində ən böyük risklər yaradan dövlətlərin siyahısında yüksək yerdə olduğunu iddia edib. O bildirib ki, vəzifədən gedən Amerika administrasiyası Çinlə rəqabəti “məsuliyyətlə idarə etməyə” çalışır ki, bu da strateji çəkindirmə sahəsində məsələlərin həlli deməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin