Türkiyə Hərbi Dəniz Qüvvələri üçün çoxfunksiyalı AESA Radarı: ASELSAN FULMAR 500-A

2024/12/1734589614.jpg
Oxunub: 839     12:25     20 Dekabr 2024    
ASELSAN tərəfindən inkişaf etdirilən FULMAR 500-A Çoxfunksiyalı AESA Kəşfiyyat və Müşahidə Radarı dəniz qüvvələrinin kəşfiyyat, müşahidə və əməliyyat ehtiyaclarını qarşılamaq üçün üstün texnoloji xüsusiyyətlərlə təchiz edilmiş sistem kimi diqqət çəkir.

Həm pilotsuz uçuş aparatlarına, həm də pilotlu kəşfiyyat təyyarələrinə inteqrasiya oluna bilən radar geniş tapşırıq diapazonu və yüksək performansı ilə seçilir.

Qabaqcıl texniki xüsusiyyətlər

FULMAR 500-A AESA strukturu ilə rəqəmsal şüa formalaşdırma və çevik şüa idarə etmə imkanları təklif edir. Sistem bütün hava şəraitində üstün aşkarlama və izləmə imkanları təmin edərək, dəniz qüvvələrinə strateji üstünlük verir.

Əsas xüsusiyyətlər:

• Hədəfin aşkarlanması və izlənməsi: Eyni vaxtda birdən çox hədəfi aşkarlaya və izləyə bilər.

• Görüntüləmə rejimləri:

• Yüksək ayırdetmə qabiliyyətinə malik “Stripmap” və “Spotlight” SAR görüntüləməsi.

• Dəniz axtarışı və ISAR (Inverse Synthetic Aperture Radar) görüntüləməsi.

• Xüsusi missiya rejimləri:

• Axtarış və Xilasetmə (SART) rejimi.

• Hava vəziyyəti aşkarlaması üçün hərtərəfli rejim.

• Kiçik hədəf rejimi yaxın məsafəli missiyalar üçün optimallaşdırılıb.

• Əks-qarışdırmaya qarşı müqavimət: Çoxkanallı qəbuledici quruluşu sayəsində qarışdırmaya qarşı yüksək müqavimət.


Əməliyyat çevikliyi və dizayn

Sistem modulyar dizaynı sayəsində sürətli platforma inteqrasiyasını təklif edir və gövdə altına quraşdırıla bilir. Onun 360° davamlı fırlanma xüsusiyyəti geniş əhatə dairəsi təmin edir. Bundan əlavə, sistemin X-Diapazon tezlik diapazonunda işləməsi yüksək ayırdetmə qabiliyyətinə malik aşkarlama və izləmə imkanı verir.

Əhəmiyyətli performans dəyərləri:

• Maksimum mənzil: 200 dəniz mili.

• Hava vəziyyəti rejimi mənzili: 320 dəniz mili.

• IFF inteqrasiya seçimi ilə identifikasiya qabiliyyəti.


Dəniz qüvvələri üçün strateji üstünlük

FULMAR 500-A həm döyüş idarəetmə sistemləri ilə inteqrasiya olunmuş şəkildə işləmə qabiliyyəti, həm də üstün radar alqoritmləri ilə dəniz qüvvələrinin əməliyyat effektivliyini artırmağı hədəfləyir. ASELSAN-ın bu innovativ həlli kəşfiyyat və müşahidə əməliyyatlarında təkcə aşkarlama və izləmə deyil, həm də hədəfin təsnifatı və müəyyən edilməsi kimi mühüm vəzifələri uğurla yerinə yetirir.

Bu radar dəniz platformaları və hava platformaları üçün təmin etdiyi çoxyönlü istifadə imkanı ilə ASELSAN-ın müdafiə sənayesindəki liderliyini bir daha nümayiş etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   ASELSAN  


Bizi "telegram"da izləyin