Ordu.az xəbər verir ki, təhvil-təslim mərasimi bu yaxınlarda Namibiyanın Xrutfonteyn şəhərində baş tutub və çatdırılmaya 2 ədəd Y-9E nəqliyyat təyyarəsi daxil olub.
Bu çatdırılma Y-9E nəqliyyat təyyarəsinin ilk ixrac uğuru kimi qeydə alınıb.
Məlumata görə, Çində “Shaanxi Aircraft Corporation” tərəfindən istehsal edilən Y-9E hərbi nəqliyyat təyyarəsi ilk olaraq noyabrın 11-də Çindən yola düşüb.
2 təyyarə Namibiyaya çatmazdan əvvəl 7 ölkədə dayanıb. Namibiya, ölkəyə gələn Y-9E nəqliyyat təyyarələri ilə yanaşı, inventarında olan 1 ədəd “Antonov An-26” nəqliyyat təyyarəsi və 2 ədəd “Harbin” Y-12 nəqliyyat təyyarəsi ilə hərbi yük daşımalarında öz imkanlarını təkmilləşdirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az