SİBERLAB ilə yeni kibertəhlükəsizlik vasitələri sınaqdan keçirilə bilər

2024/12/3-1734518160.jpg
Oxunub: 407     11:13     20 Dekabr 2024    
TÜBİTAK BİLGEM Kibertəhlükəsizlik İnstitutu daxilində SİBERLAB ilə yeni kibertəhlükəsizlik vasitələri sınaqdan keçirilə bilər, bu sahədə ssenarilər simulyasiya edilir və mümkün böhranlara qarşı istifadəçilərin imkanları artırılır.

Ordu.az xəbər verir ki, SİBERLAB Türkiyə prezidenti yanında Strategiya və Büdcə Müdirliyi tərəfindən dəstəklənən Kibertəhlükəsizlik Təlim və Araşdırma Mərkəzi Layihəsi çərçivəsində TÜBİTAK BİLGEM Kibertəhlükəsizlik İnstitutu tərəfindən hazırlanıb.

Laboratoriya 2023-cü ildən istifadəyə verilib. SİBERLAB onlayn işləmə qabiliyyətinə əlavə olaraq TÜBİTAK BİLGEM tərəfindən təmin edilən bulud infrastrukturu üzərində işləyən “kiber diapazon” (cyber range) məhsulu olaraq yer alır.

SİBERLAB istifadəçilərə kibertəhlükəsizlik təlimləri və ya yarışmaları üçün fərdiləşdirilmiş laboratoriyalar dizayn etməyə və onlara daxil olmağa imkan verən onlayn laboratoriya mühiti təklif edir.

Simulyasiya edilmiş mühitlərə virtual maşınlar və şəbəkə cihazları daxildir. Bu, istifadəçilərə real dünyada kibertəhlükəsizlik ssenarilərini tətbiq etməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜBİTAK-BİLGEM   SİBERLAB  


Bizi "telegram"da izləyin