“Çukurova Savunma” silah-sursat yeşiklərinin ixracı üçün Avropa sursat şirkəti ilə razılıq əldə edib

2024/12/1734517586.jpg
Oxunub: 411     11:51     20 Dekabr 2024    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən biri olan “Çukurova Savunma” silah-sursat yeşiklərinin ixracı üçün bir Avropa sursat şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “Çukurova Savunma” sursat yeşiklərini UNPACK markası ilə bir Avropa sursat istehsalçısı şirkətinə təhvil verəcək.

Çatdırılacaq sursat yeşikləri Avropa mənşəli raket sistemlərinin təhlükəsiz saxlanmasında rol oynayacaq.

Həm hərbi standartlar (MIL-STD), həm də təhlükəli yüklərin daşınması standartları (ADR) sahəsində təcrübəyə malik olan “Çukurova Savunma” raket qutularında bir çox yerli və beynəlxalq şirkətin tədarükçüsüdür.

“Çukurova Savunma” Baş direktoru Selçuk Öztürk şirkətin NSPA - NATO tədarükçüsü statusunun bu müqavilədə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

NSPA - NATO tədarükçüsü olmağın vacibliyini vurğulayan Öztürk “Çukurova Savunma” olaraq 5 ildir NSPA tenderlərində iştirak etdiklərini bildirib.

Qeyd edək ki, şirkət bu yaxınlarda 9 mm-lik silah sursatlarının saxlanması və təhlükəsiz daşınması üçün Livana sursat yeşikləri ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   UNPACK   Avropa   Çukurova-Savunma  


Bizi "telegram"da izləyin