Ordu.az xəbər verir ki, 6-cı Müdafiə Sənayesi Yığıncaqlarında danışan Uçar “Kaan” layihəsində əsas podratçının TUSAŞ olduğunu bildirib.
“Bildiyiniz kimi, “Kaan” layihəsində əsas podratçımız TUSAŞ-dır. MSK olaraq biz ödənişlərimizi TUSAŞ-a edirik. Biz bu yaxınlarda müqavilə imzaladıq, yaxın 1,5 il üçün prototip təyyarələrin dizaynı və istehsalı ilə bağlı fəaliyyətləri planlaşdırdıq. Burada ödədiyimiz hər 100 lirənin, TUSAŞ-a ödədiyimiz hər 100 lirənin təxminən 30 lirəsi TUSAŞ-da qalır. TUSAŞ-ın öz işçi qüvvəsi və mühəndislik xərcləri kimi. TUSAŞ 100 lirənin təxminən 30 lirəsini ASELSAN-a ödəyir. ASELSAN da burada təyyarənin radioelektron döyüş sistemlərini, radarlarını, avioniklərini, yüksək səviyyəli radioelektron cihazlarını istehsal edir. ASELSAN bu 30 lirənin təxminən 15 lirəsini subpodratçılara və özəl sektora paylayır. Qalan 30 lirənin 20 lirəsi daha çox TÜBİTAK-SAGE və TÜBİTAK-ın müxtəlif şirkətlərinə, qalan 20 lirəsi isə TUSAŞ tərəfindən digər subpodratçılara verilərək, özəl sektora paylanır. Yəni baxanda, təxminən 45-55% paylanma var. Bu, birbaşa vəqf şirkətinə və ya dövlət şirkətinə ödədiyimiz pulun paylanmasıdır”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az