Avropa İttifaqı Suriyadakı nümayəndəliyini yenidən açacaq

2024/12/1734334317.jpg
Oxunub: 448     14:50     17 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) Suriyadakı nümayəndəliyinin fəaliyyətini bərpa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X"də yazıb.

O qeyd edib ki, Aİ Suriyada boşluq buraxa bilməz:

"Avopa İttifaqı Suriyada olmalıdır. Biz artıq yeni rəhbərlik və vətəndaş cəmiyyəti ilə ehtiyatlı şəkildə əlaqə yaratmağa başlamışıq. Həmçinin konstruktiv fəaliyyət göstərmək və yerdən məlumat almaq üçün Suriyadakı Aİ nümayəndəliyini yenidən açacaq".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya  


Bizi "telegram"da izləyin