12 illik fasilədən sonra Fransa diplomatik missiyası Dəməşqə gəlib

2024/12/1734431353.jpg
Oxunub: 480     14:05     17 Dekabr 2024    
Fransa diplomatik missiyası 12 illik fasilədən sonra bu gün Dəməşqə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Suriya üzrə xüsusi elçi Jan-Fransua Giyomun başçılıq etdiyi nümayəndə heyəti 2012-ci ildən bağlı olan səfirlik binasını ziyarət edib.

"Fransa keçid dövründə suriyalıların yanında olmağa hazırlaşır. Diplomatik missiyanın məqsədi Suriyanın de-fakto hakimiyyəti ilə əlaqə qurmaqdır”, - Giyom jurnalistlərə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Suriya  


Bizi "telegram"da izləyin