Çin PUA-lardan atılan yeni sınaq vasitələri ilə hipersəs texnologiyasını sınaqdan keçirir

2024/12/1734424615.jpg
Oxunub: 459     14:06     20 Dekabr 2024    
Çin Pilotsuz Uçuş Aparatlarından (PUA) və yüksək hündürlükdə hava şarlarından atılan yeni sınaq vasitələri ilə hipersəs texnologiyasını sınaqdan keçirir.

Ordu.az xəbər verir ki, ilk dəfə 2022-ci ildə təqdim edilən, MD-22 hipersəs konsepsiyasına aid olan bu sınaq vastələri Çinin hipersəs qabiliyyətlərinə davam edən investisiyalarına işarə edir.

Şəkillər və videolar TB-001 PUA və yüksək hündürlükdə hava şarlarından atılan hipersəs vasitələrini (MD-19, MD-21 və MD-2) ortaya qoyur.

MD-22-dən xeyli kiçik olan MD-19 geri çəkilə bilən eniş dəstlərinə, habelə oxşar paz formalı gövdəyə, delta qanadlarına və əkiz əyilmiş şaquli quyruqlara malikdir.

MD-22 8000 km məsafədə 7 “Mach” sürətinə çatmaq üçün nəzərdə tutulub. Maksimum uçuş çəkisi 4 ton olaraq ifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin