Ukraynadan FPV tipli PUA istifadəsinə innovativ yanaşma – 1 PUA 6 FPV tipli kamikadze PUA-sını daşıya biləcək

2024/12/2024--5203272522.jpg
Oxunub: 1118     10:27     24 Dekabr 2024    
Ukrayna əsas FPV tipli kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) daşıyıcı platforması kimi “Dovbush” T10 PUA-sından istifadə etməyə başlayacaq.

Ordu.az-ın məlumatına görə, ukraynalı hərbi qulluqçunun “Telegram”da etdiyi paylaşımda Ukrayna Müdafiə Qüvvələrinin FPV tipli kamikadze PUA-larını havaya buraxmaq üçün “Dovbush” T10 PUA-sından istifadə etdiyi görünür.

Bu kontekstdə edilən paylaşımla kamikadze PUA-larının başqa bir PUA-dan daşıyıcı platforma kimi istifadə edilməsi konsepsiyasının döyüş meydanında getdikcə daha strateji əhəmiyyət kəsb etdiyi anlaşılır.

Sözügedən paylaşımda “Dovbush” T10 PUA-sının 6 ədədə qədər FPV tipli PUA-nı daşıya biləcəyi bildirilir. Əlavə olaraq “Interesting Engineering”in xəbərində bu konfiqurasiyada PUA-nın komanda rele mərkəzi kimi istifadə oluna biləcəyi və operatorların kamikadze PUA-larını yönləndirə bildiyi paylaşılır.


Bu uçuş sahə sınağı kimi müəyyən edilir. Bu kontekstdə “Dovbush” T10 PUA-sı hər qanadında daşıdığı kamikadze PUA-sı ilə hədəf olaraq müəyyən edilən pikap tipli avtomobili hədəf alır. “Dovbush” T10 PUA-sı havada olarkən, hədəfi təsbit etdikdən sonra ilk FPV tipli kamikadze PUA-sını buraxır. İlk FPV tipli kamikadze PUA-sı hədəfi tapdıqdan sonra ikinci FPV tipli kamikadze PUA-sı hədəfə yönəldilir.

“Interesting Engineering”in xəbərinə görə, Ukrayna müharibə başlayandan sonra 2022-ci ildə “Dovbush” T10 PUA-sı almağa başlayıb. Bu PUA-ları kamikadze PUA-larına çevirmək planları da gündəmdə idi. Bu gün Ukrayna Müdafiə Qüvvələri bu PUA-lardan cəbhə xəttində irəliləyən Rusiya qoşunlarını izləmək, təhlükəsizlik və planlaşdırma məqsədləri üçün ətraf ərazilərə nəzarət etmək üçün istifadə edir. Lakin ortaya çıxan bu video ilə Ukrayna Qüvvələrinin T10 PUA-sını əsas PUA daşıyıcı platformaya çevirdiyi görünür.


Ukrayna PUA-larına qarşı Rusiyadan alov silahı həlli

Rusiya birlikləri Ukraynanın FPV tipli PUA-larına qarşı istifadə üçün nəzərdə tutulmuş alov silahı daşıyan PUA-ları sınaqdan keçirməyə başlayıblar. Bu kontekstdə noyabrın 14-də Rusiyanın “Telegram” kanalları tezalışan qarışıqla təchiz edilmiş və havaya qaldırıldıqda güclü alov yayan PUA-ların görüntülərini dərc edib. “Defence News”un məlumatına görə, bu taktika hərəkət edən hədəflərə qarşı təsirsiz olacaq.

ABŞ-nin Avropa Siyasət Təhlili Mərkəzindən araşdırmaçı Federiko Borsari video ilə bağlı deyib: “Görünür, bu, tezalışan maddə ilə doldurulmuş, ehtimal ki, bir və ya iki funt ağırlığında kiçik bir çəni daşıyan kommersiya kvadrokopter tipli PUA-dır. Bu maddəni aşağıya doğru çiləyərək, 2-3 metrlik təsirli mənzilə malik bir alov maşını təsiri yarada bilər”.

Mütəxəssislər bildirirlər ki, platforma xüsusi olaraq düşmənin PUA-larını hədəf almaq üçün hazırlanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   FPV   PUA   Dovbush  


Bizi "telegram"da izləyin