Ordu.az xəbər verir ki, Portuqaliya ehtiyat hissələri və təlim paketi ilə yanaşı, Braziliyaya 200 milyon avro ödəyəcək.
Rəsmi müqavilənin gələn ilin iyuluna qədər imzalanması planlaşdırılır.
Nazirlər Şurasının qərarı ilə verilən açıqlamada bu missiyanın pilot hazırlığında NATO standartlarına cavab verəcəyi və eyni zamanda müxtəlif təyyarə modellərinin yaxından hava dəstəyi ilə yerinə yetiriləcəyi vurğulanıb.
Bu alışla Portuqaliya A-29N-nin ilk müştərisi olub. NATO standartlarına uyğun həm təlim, həm də xüsusi rabitə sistemlərinə malik olan təyyarənin bəzi xüsusiyyətləri gizli saxlanılır. “Embraer” A-29N ilə daha çox Avropa ölkəsindən sifarişlər almağı hədəfləyir.
Portuqaliyanın bu addımı ilə “Super Tucano” təyyarəsi ilk dəfə bir Avropa ölkəsi tərəfindən seçilib. Portuqaliya, həmçinin “Super Tucano” təyyarələri üçün hissələrin istehsalına dəstək verəcək. Hazırda “Embraer”in Portuqaliyada yerləşən OGMA şirkəti istehsalçıya müxtəlif hissələrin istehsalında dəstək verir.
Sevinc Əliyeva
Ordu.az