Rusiya Hərbi Dəniz Qüvvələri Suriyadan geri çəkilir?

2024/12/1734423757.jpg
Oxunub: 444     14:08     17 Dekabr 2024    
Suriyada Əsəd rejiminin devrilməsindən sonra bölgədə əhəmiyyətli varlığı olan Rusiya Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin Tartus şəhərinin təxminən 13 kilometr şimal-qərbində lövbər saldığı müşahidə edilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Dekabrın 9-da “Planet Labs” tərəfindən çəkilmiş peyk görüntülərinə görə, Aralıq dənizində Rusiyanın dəniz fəaliyyətlərində diqqətəlayiq bir aktivlik var.

Peyk görüntüləri 2 idarə olunan raket freqatı və 1 neft tankeri də daxil olmaqla, ən azı 3 Rusiya gəmisinin dənizdə yerini dəyişdirdiyini göstərir. Ancaq daha əvvəl Tartusda olan 5 döyüş gəmisi və 1 sualtı qayığın yer almadığı diqqət çəkib.

Dekabrın 5-də “BlackSky” tərəfindən yayımlanan peyk məlumatları 6 gəminin hamısının Tartusda olduğunu təsdiqləyib, dekabrın 9-da bazanın tamamilə boş olduğu görüntülənib.

Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Suriya ilə uzun müddətdir davam edən strateji əməkdaşlığında gözə çarpan dəyişikliklər olacaq. Bu vəziyyət Moskvanın Tartus dəniz obyekti və Latakiya aviabazası kimi mühüm hərbi obyektlərin təhlükəsizliyini təmin etmək və Suriyanın yeni rəhbərliyi ilə danışıqlar aparmaq öhdəliyinə işarə edir.

Rusiyanın Aralıq dənizində yeganə təchizat və təmir mərkəzi olan Tartus Moskvanın bölgədəki hərbi əməliyyatlarının əsasını təşkil edir. Tartus, həmçinin Afrikaya doğru dəniz əməliyyatları üçün hazırlıq nöqtəsi kimi xidmət edir.

Latakiya aviabazası isə Rusiyanın Suriyadakı hava əməliyyatlarında mühüm rol oynayır. Bu obyektlər Moskvanın Aralıq dənizində hərbi və geosiyasi məqsədlərini həyata keçirməsi üçün çox vacibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin