Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurması məsələsinə yenidən baxacaq

2024/12/1734016588.jpg
Oxunub: 516     23:32     16 Dekabr 2024    
Tramp, Bayden administrasiyasının Ukraynanın Rusiya dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəsinə yaşıl işıq yandırmaq barədə qərarını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib.

O Ukraynanın ABŞ raketləri ilə Rusiyanın yüzlərlə mil dərinliyinə endirdiyi zərbələrin qəbuledilməz olduğunu bildirib.

"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?", - deyə Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin