Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalar siyahısına KXDR-ə maliyyə və hərbi dəstək göstərən doqquz fiziki şəxs və yeddi təşkilatı əlavə edib.
Bundan əlavə, KXDR-in ballistik raket proqramı ilə əlaqəli olan üç fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunub.
Sanksiyalar siyahısında KXDR-in müdafiə naziri Ro Qvan Çol və Koreya Xalq Ordusu Baş Qərargah rəisinin müavini Kim Yonq Bokun da adı var.
Şimali Koreyanın iki bankı da sanksiyalara məruz qalıb.
Ordu.az