İsrail ordusu Livanın Əl-Xiyam yaşayış məntəqəsinə zərbələr endirib

2023/06/3963-1686377567.jpg
Oxunub: 505     21:46     12 Dekabr 2024    
İsrail ordusunun Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat verib.

Məlumatda həmçinin yaralananların “Hizbullah” silahlıları deyil, mülki şəxslər olduğu bildirilir.

Baş nazir Nəcib Miqati ABŞ və Fransanın təşəbbüsü nəticəsində əldə edilmiş 60 günlük atəşkəs razılaşmasının İsrail tərəfindən növbəti dəfə pozulmasını pisləyərək İsrailin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin