Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb

2023/11/65422-1698836197.jpg
Oxunub: 420     21:22     12 Dekabr 2024    
2024-cü ildə azı 68 jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.

Ordu.az xəbər verir ki, bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.

Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.

Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.

Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNESCO   Jurnalist  


Bizi "telegram"da izləyin