Baş katib: "NATO ölkələri müdafiəyə ÜDM-in 2 %-dən çoxunu xərcləməlidir"

2024/12/1734022253.jpg
Oxunub: 498     20:34     12 Dekabr 2024    
NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rutte bildirib.

“2023-cü ildə müttəfiqlər ÜDM-in azı 2 %-ni müdafiəyə ayırmağa razılaşdılar. Amma deyim ki, bizim 2 %-dən də çoxuna ehtiyacımız olacaq”, - o deyib.

Baş katibin sözlərinə görə, sülhü qorumaq üçün güclü müdafiəyə ehtiyac olmadığını düşünmək səhvdir.

O, həmçinin əlavə edib ki, güclü müdafiə olmadan uzunmüddətli təhlükəsizlik mümkün deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rutte  


Bizi "telegram"da izləyin