Rutte NATO-dakı mövcud təhlükəsizlik vəziyyətini alyans tarixinin ən pis dövrü hesab edib

2024/02/1707988871.jpg
Oxunub: 402     19:43     12 Dekabr 2024    
NATO-nun Baş katibi Mark Rutte NATO-dakı mövcud təhlükəsizlik vəziyyətini Şimali Atlantika Alyansının tarixindəki ən pis vəziyyət hesab edir.

Ordu.az xəbər verir ki, o, bu fikirləri Karneqi Fondunun Avropa bölməsində çıxışı zamanı səsləndirib.

“Təhlükəsizlik ilə bağlı vəziyyət həyatım boyu gördüyüm ən pis vəziyyətdədir”, - o deyib.

Rutte əlavə edib ki, Ukraynada baş verənlər Brüsseldə də yaşana bilər. Onun fikrincə, Rusiya və Çin NATO ilə ekzistensial qarşıdurma vəziyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin