İran Fordo nüvə obyektində monitorinqi gücləndirməyə razılaşıb

2024/11/1730521993.jpg
Oxunub: 441     17:52     12 Dekabr 2024    
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Fordo nüvə obyektində təhlükəsizlik tədbirlərini gücləndirmək tələbi ilə razılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ AEBA-nın məxfi hesabatına istinadən məlumat yayıb.

İran uranın zənginləşdirilməsini silah səviyyəsinə çatdırdıqdan sonra BMT-nin nüvə nəzarəti orqanı tərəfindən dağın dərinliklərində yerləşən Fordo obyektində ciddi monitorinq aparmağa razılaşıb.

Keçən həftə AEBA İranın Fordoda zənginləşdirmə sürətini 60 faiz təmizliyə qədər artırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə  


Bizi "telegram"da izləyin