Tusk: "Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil"

2019/07/donal-1562670445.jpg
Oxunub: 442     17:31     12 Dekabr 2024    
Polşa qoşunları mümkün atəşkəsdən sonra belə Ukraynaya daxil olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Polşa hərbçiləri atəşkəsdən sonra da heç bir miqyasda, o cümlədən sülhməramlı kimi Ukraynaya daxil olmayacaq”, - Tusk deyib.

O, Ukraynadakı müharibə ilə bağlı bütün Avropa ölkələri arasında ən ağır yükü Polşanın daşıdığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tusk   Polşa  


Bizi "telegram"da izləyin