Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Qeyd olunub ki, NATO Moskvanın ABŞ, Böyük Britaniya və Fransanın Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməkdə birbaşa iştirakı ilə bağlı bəyanatlarından narahatdır.
"NATO ekspertləri başa düşürlər ki, Qərb hərbçilərinin Rusiya Federasiyasına raket hücumlarında iştirakını gizlətmək qeyri-realdır. Rusiya Federasiyasında Qərbin ona qarşı təcavüzü ilə bağlı təkzibedilməz dəlillərin olması qurum üçün son dərəcə narahatedici əlamətə çevrilib.
"Oreşnik"dən istifadə etdikdən sonra NATO qorxur ki, Rusiyaya qarşı təcavüz Moskvanın qəti cavabı üçün əsas olacaq", - Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı bəyanatda bildirilib.
Ordu.az