Kreml: Orban Putinlə telefon danışığında əsirləri dəyişməyi, atəşkəs elan etməyi təklif edib

2024/11/1730800466.jpg
Oxunub: 414     15:26     12 Dekabr 2024    
Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zaman yeni il öncəsi əsir mübadiləsi və Milad atəşkəsi elan etməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Kyev Orbanının bütün təkliflərini rədd edib.

Peskov Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvadakı Macarıstan səfirliyinə mübadilə üçün əsirlikdə olanların siyahısını təqdim etdiyini, lakin Ukraynanın Orbanın təşəbbüsünü rədd etdiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Kreml  


Bizi "telegram"da izləyin