Ordu.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının "X" sosial şəbəkəsində paylaşım edilib.
"Biz Rumıniya və Bolqarıstanın Şengen ailəsinə tam qoşulmasına yaşıl işıq yandıran Avropa Şurasının qərarını alqışlayırıq", - paylaşımda qeyd olunub.
Bununla da Avropa Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın quru sərhədlərində nəzarətin ləğv edilməsini təsdiqləyib.
"İnsanların və malların maneəsiz hərəkəti sayəsində Bolqarıstan və Rumıniyanın Aİ-yə üzvlüyündən daha çox faydalanırıq", - paylaşımda qeyd olunub.
Bu ölkələr 13 illik gözləmədən sonra bu il martın 31-də Şengen zonasına qismən qoşulmaqla vətəndaşlarının sərhəd yoxlamalarından keçmədən hava və dəniz yolu ilə səyahət etmək imkanını təmin edib.
Ordu.az