Rusiya yenilənmiş “Su-57” döyüş təyyarəsini sınaqdan keçirir

2024/12/1733995274.jpg
Oxunub: 545     15:20     12 Dekabr 2024    
Rusiyanın “Sukhoi Su-57 Felon” döyüş təyyarəsinin prototipi yeni düz ucluqla uçuş sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.

Sınaqlar “Su-57”nin “052” adlanan və yeni ucluq dizaynı ilə təchiz edilən ikinci prototipində aparılır.

Bu sınaqların məqsədi ilə bağlı təfərrüatlar qeyri-müəyyən olaraq qalır.

Daha öncə düz ucluqlar Rusiyanın S-70 “Okhotnik” pilotsuz uçan aparatı üçün nəzərdə tutulmuşdu. Ancaq S-70-in prototiplərinin adi ucluqlarla görüntülənməsi bu yastı ucluq texnologiyasının tətbiqini qeyri-müəyyən buraxıb.

Düz ucluqlar qabaqcıl qırıcı dizaynları üçün yeni deyil. ABŞ istehsalı F-22 “Raptor” aşağı sürətli manevr qabiliyyətini artırmaq və radara görünmə sahəsini azaltmaq üçün təkan vektorundan istifadə edən “Pratt & Whitney F119” mühərrikləri vasitəsilə oxşar xüsusiyyətdən istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-57  


Bizi "telegram"da izləyin