Slovakiya C-390 sifariş edə bilər

2024/12/1733995222.jpg
Oxunub: 399     13:19     12 Dekabr 2024    
Slovakiyanın müdafiə naziri Robert Kalinak bəyan edib ki, “Embraer C-390 Millenium” təyyarəsi Slovakiyanın gələcək hərbi nəqliyyat tələbləri üçün ən yaxşı variantdır.

Ordu.az xəbər verir ki, bu barədə “Embraer” şirkəti məlumat yayıb.

Məlumat 2024-cü il dekabrın 10-da Slovakiyanın müdafiə nazirinin Braziliyaya səfəri zamanı Braziliya Müdafiə Nazirliyi ilə iki ölkə arasında daha dərin sənaye əməkdaşlığına yol açan niyyət məktubunu imzaladığı dövrə təsadüf edib.

“Embraer”in məlumatına görə, Slovakiya Müdafiə Nazirliyi 2025-ci ilin yanvarında 3 ədəd C-390-ın alınması istiqamətində rəsmi addımlara başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   C-390  


Bizi "telegram"da izləyin