Ordu.az xəbər verir ki, NATO-nun QRA əməliyyatı çərçivəsində baş verən hadisədə Rusiyanın NATO sərhədləri yaxınlığında artan fəaliyyətini aşkar etdikdən sonra Niderland Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd F-35 döyüş təyyarəsi alyansın hava məkanını qorumaq üçün havaya qalxıb və qabaqlayıcı tədbirlər həyata keçirib.
Niderland ordusu QRA xəbərdarlıq sisteminin döyüş təyyarələri havaya qalxmazdan əvvəl iki dəfə işə salındığını bildirib.
Bloklama zamanı F-35-lər AN-72 “Coaler” nəqliyyat təyyarəsi və radioelektron kəşfiyyat məlumatları toplayan “Su-24MR Fencer E” kəşfiyyat təyyarəsini aşkar ediblər. Aşkar edilmiş bütün təyyarələr beynəlxalq sular üzərində NATO hava məkanının sərhədinə qədər müşayiət olunub.
Niderland NATO-nun alyansın şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək missiyası çərçivəsində bu ayın əvvəlində Estoniyaya F-35 təyyarələri yerləşdirib.
Sevinc Əliyeva
Ordu.az