Rusiyalı politoloq: “Qərb Ermənistana əvvəllər Ukraynaya təklif edilən sxemi təklif edir”

2024/12/28dd2-1733985931.jpg
Oxunub: 572     17:20     12 Dekabr 2024    
“Rusiyanın köklü maraqları Cənubi Qafqazın sabitliyindədir, çünki biz xaricdə deyil, yaxınlıqdayıq”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Vyaçeslav Sutirin bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda fəal iştirak edir və coğrafi şəraitə görə bu regiondan kənarda qala bilməz.

Sutirin qeyd edib ki, Rusiyanın diqqətini Ukrayna münaqişəsi istiqamətinə yönəltmək Qafqaza xarici müdaxilənin genişlənməsi üçün imkanlar yaradır.

Sutirin izah edib ki, Qərb dövlətləri Rusiyada ciddi qəbul edilən Rusiya-Ermənistan ziddiyyətlərindən sui-istifadə etməyə çalışırlar.

“Bu ziddiyyətlər əsasən obyektiv xarakter daşıyır, onları təkcə bugünkü siyasi maraqlar və ambisiyalar diktə etmir, həm də daha dərin əsaslara malikdir. Bu gün bütün region yenidən formatlaşdırılır və burada əsas sual Rusiya ilə Ermənistanın mövqelərini uyğunlaşdırmağa çalışıb-çalışmayacaqlarıdır”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, bu gün iki məsələdə Ermənistan-Rusiya münasibətlərində müxtəlif trayektoriyalar var.

“İlk növbədə, Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə, ilk növbədə, humanitar müstəvidə təmaslar zəifləyir və buna paralel olaraq, Ermənistanın Rusiya ilə proksi müharibədə olan Qərb dövlətləri ilə əlaqələri artır. Bu, gərginlik və ziddiyyət yaradır. Digər tərəfdən, biz iqtisadi qarşılıqlı əlaqənin demək olar ki, partlayıcı artımının şahidi oluruq. 2020-ci ildən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7 dəfə artaraq, bu ilin sonunda 14-16 milyard dollara çatıb. Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra Ermənistanın ÜDM-i 2,5 dəfə artıb. Birliyə üzvlüyün özü də bunda mühüm rol oynadı”, - deyə Sutirin qeyd edib.

Politoloq əmin edib ki, Rusiya əsassız olmayan iddialara baxmayaraq, Ermənistanı müttəfiq adlandırmaqda davam edir.

Sutirin əlavə edib ki, bunun fonunda Qərb Ermənistana əvvəllər Ukraynaya təklif edilən sxemi təklif edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin