Prezident Yun Sok Yel tərəfindən hərbi vəziyyətin elan edildiyi Cənubi Koreya Ordusunun Baş Qərargah rəisi Park An Su Müdafiə Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Ordu.az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qərar, dekabrın 3-də ölkədə hərbi vəziyyətin elan edilməsində iştirakla bağlı aparılan istintaqın intensivləşməsi fonunda hərbi komandanların istefaları silsiləsinin sonuncusu olub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Cənubi-Koreya
Müdafiə-Nazirliyi