Nigerdə silahlı toqquşma baş verib, 10 hərbçi və 26 silahlı öldürülüb

2024/12/1733978866.jpg
Oxunub: 356     02:55     12 Dekabr 2024    
Niger hökumət ordusunun ən azı 10 hərbçisi silahlıların Petelkol kəndi yaxınlığındakı hücumu nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, hücumu motosikletlə hərəkət edən bir qrup terrorçu həyata keçirib.

Toqquşma nəticəsində 10 hərbçi həlak olub, daha 7 hərbçi yaralanıb. 26 yaraqlı məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Toqquşma  


Bizi "telegram"da izləyin