Dəməşqdə komendant saatı ləğv edilib

2024/12/1733745332.jpg
Oxunub: 463     18:16     11 Dekabr 2024    
Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.

Ordu.az xəbər verir ki, müvafiq bəyanat Hərbi əməliyyatlar idarəsinin (müxalifət birləşmələrinin rəhbər orqanı) “Telegram” kanalında dərc edilib.

“Al Jazeera” telekanalının məlumatına görə, Suriya müxalifəti həmçinin ətraf rayonlarda da komendant saatını ləğv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin