Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb

2024/09/1726892319.jpg
Oxunub: 505     18:12     11 Dekabr 2024    
Almaniya Kansleri Olaf Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

"Bu gün səhər Almaniya Kansleri Olaf Şolts Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq etimad məsələsi ilə bağlı yazılı müraciəti imzalayıb", - o qeyd edib.

Sənəd Bundestaq sədrinin dəftərxanasına təqdim edilib.

"Bundestaqda etimad votumu ilə bağlı müzakirələr dekabrın 16-na planlaşdırılıb", - rəsmi nümayəndə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Almaniya  


Bizi "telegram"da izləyin