İsveç şirkəti “Saab” Ukraynada silah istehsalına başlamaq niyyətindədir

2023/10/1696314781.jpg
Oxunub: 450     16:05     11 Dekabr 2024    
İsveç silah istehsalçısı “Saab” 2025-ci ildə Ukrayna bazarına daxil ola bilər.

Ordu.az xəbər verir ki, bunu "Saab"ın baş direktoru Mikael Yohansson "Sveriges Radio"nun efirində deyib.

“Saab”ın Ukraynada silah istehsalına başlaması üçün münaqişənin bitməsini gözləmək vacib deyil. Biz prosesdəyik. Ukraynada yerləşmək və Ukrayna şirkətləri ilə əməkdaşlıq etmək istərdik", - o bildirib.

M.Yohanssonun sözlərinə görə, hazırda şirkətin vəzifəsi münasib tərəfdaşlar tapmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin