NATO sualtı kabelləri avtonom dəniz platformaları ilə qoruyacaq

2024/12/1733901540.jpg
Oxunub: 376     11:12     12 Dekabr 2024    
NATO sualtı kabelləri izləmək və qorumaq üçün İnsansız Dəniz Platformaları (İDP) yerləşdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu vəzifəni öhdəsinə götürəcək bir parkın 2025-ci ilin iyununda xidmətə başlaması gözlənilir.

NATO son həftələrdə artan sualtı kabel kəsilmələrinin ardınca Avropanın ətrafındakı dənizlərdə kritik infrastrukturu qorumaq üçün İDP-lərdən istifadə etməyi planlaşdırır.

NATO bu yeni texnologiya hərəkəti ilə Baltik dənizi və Aralıq dənizi kimi strateji bölgələrdə sualtı kabelləri 7/24 izləməklə, mümkün təxribatın qarşısını almağı hədəfləyir.

İlk parkın istifadəyə verilməsi üçün hədəf tarix olaraq 2025-ci ilin iyun ayı müəyyən edilib. Bu tarix həm də NATO-nun növbəti Sammitinə təsadüf edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İDP  


Bizi "telegram"da izləyin